Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar faciəsinə həsr olunmuş xatirə turniri keçirilib.

17 yanvar 2019 | 22:00

20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı rayon təhsil şöbəsinin tədbirlər planına uyğun olaraq Qəbələ şəhər 5 nömrəli tam orta məktəbində rayon məktəbliləri arasında basketbol yarışı keçirilmişdir. 5 nömrəli tam orta məktəbin idman müəllimi Rafiq Əhmədov yarışın 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edildiyini bildirmiş, şərtlərini elan etmişdir. Təhsil şöbəsinin müdiri Arifə Bayramova bildirmişdir ki, 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar təhsil şöbəsində geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər ardıcıl olaraq icra olunur. Bu günkü basketbol yarışı da faciənin 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun keçirilir. Təhsil şöbəsinin müdiri yarış iştirakçılarına uğurlar arzulamışdır. Mirzəbəyli kənd və Qəbələ şəhər 5 nömrəli tam orta məktəb komandaları arasında keçirilən final yarışmasında Mirzəbəyli kənd tam orta məktəbin komandası qalib gəlmiş, diplom və medalla təltif olunmuşdur.

Keçidlər