Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

«Qəbələ» «Sumqayıt»la oyunun hazılıqlarına start verdi.

01 fevral 2019 | 01:00

“Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib. Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra iki günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. “Sumqayıt”la fevralın 3-də keçiriləcək qarşılaşmanın ilk hazırlığı Bakı Olimpiya Stadionunda baş tutub. Günün ilk yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Futbolçular əvvəl fiziki hazırlıq keçiblər. Ardınca meydanda məşq edən oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Komandanın növbəti məşqi sabah paytaxtda baş tutacaq.
Xatırladaq ki, fevralın 3-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu saat 14:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Keçidlər