Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“2 fevral Azərbaycan gəncləri günü” münasibətilə tədbir keçirilmişdir.

01 fevral 2019 | 02:00

Qəbələ rayon Gənclər və İdman idarəsi “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə 31 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir Mərkəzinin ekspozisiya zalında davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir. 
Tədbirin proqramına əsasən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov giriş sözü ilə tədbiri açaraq bildirdi ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclər böyük çəkiyə malikdir, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclər yetişməkdədir. Natiq onu da bildirdi ki, düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. Sonra Gənclər və İdman idarəsinin rəis müavini Müşviq Abbasov 2018-ci ildə görülən işlər və qarşıda duran məsələlər barədə məruzə edərək bayram münasibətilə gəncləri təbrik etdi.
Daha sonra tədbirdə Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirdi. Ə.Osmanova çıxışında möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, aparılan sistemli işin nəticəsi olaraq Azərbaycanda sağlam fikirli gəncliyin yaranmasından danışaraq, sonda rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin təbrikini gənclərə çatdırdı və bütün gəncləri təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Məmmədova, Qəbələ Mədəniyyət Mərkəzinin işçisi Səbinə Sabirli, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərmiş olduğu diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və çalışdıqları sahədə görülən işlərdən danışmışlar.
Ənənəvi hal olaraq tədbirin sonunda 2018-ci ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gənc fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlanmışdır.

Keçidlər