Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib.

05 fevral 2019 | 00:00

Qəbələ şəhər stadionunda keçilən qarşılaşmada şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra da bərabər səviyyəli oyun müşahidə olunub. Qarşılaşmanın əsas vaxtının bitməsinə altı dəqiqə qalmış qəbələlilər hesabı açmağa nail olublar. “Qəbələ” klubunun fransız legioneri Stiven Monroz uzaq məsafədən baxımlı qola imza atıb – 1:0. Qoldan sonra var qüvvəsi ilə irəli atılan sumqayıtlıların cəhdləri uğursuz olub və hesab dəyişməyib. Beləliklə, “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi ilk oyununda qələbə qazanıb. Bu qələbən sonra xallarını 20-yə çatdıran “Qəbələ” 5-ci, “Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.

Keçidlər