Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Belarusun nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

09 fevral 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyəti ilə Belarus Respublikasının Qrodno şəhəri administrasiyası arasında “Regionlararası əlaqələrin qurulması haqqında" imzalanmış Sazişə uyğun olaraq, fevralın 8-də Qrodno şəhərinin meri Meçislav Qoyun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Qonaqları rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb. Görüş zamanı Səbuhi Abdullayev Belarus təmsilçilərini rayonun tarixi, bu günü, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumatlandırıb. Belaruslu qonaqlara 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil etdiyini bildirib. Rayonumuzun bu günü barədə nümayəndə heyətinə geniş məlumat verən RİH-nin başçısı Qəbələnin cəlbedici turizm bölgəsi olması ilə yanaşı, həm də beynəlxalq mədəniyyət mərkəzi kimi ölkəmizin ictimai həyatında mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qəbələ və Qrodno şəhərləri arasında qurulan əlaqələrin əhəmiyyətindən söz açan RİH başçısı bu əməkdaşlığın davam etdirilməsinin uğurlu nəticələr verəcəyini bildirib.
Ötən dövr ərzində qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi sahəsində çox işlər görüldüyünü, hər iki ölkənin iqtisadi potensialının artırılması ilə bağlı müsbət nəticələrin əldə olunduğunu söyləyən Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun qarşılıqlı səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi istiqamətində mütərəqqi ənənələrin yarandığını və bu ənənələrin daha da möhkəmləndiyini qeyd edib.
Qrodno şəhərinin meri Meçislav Qoy da öz növbəsində başçılıq etdiyi nümayəndə heyətinin Qəbələyə səfərindən böyük məmnuniyyət duyduğunu bildirib. O, Qrodno və Qəbələ arasında mövcud olan ikitərəfli əlaqələri yüksək qiymətləndirib.
Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən söz açan Meçislav Qoy bunun Qrodno və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd edib.
Belaruslu qonaqlar səfər zamanı rayonun bir sıra tarix-mədəniyyət abidələri, sənaye müəssisələri, turizm və idman kompleksləri ilə tanış olublar.
Nümayəndə heyəti Qəbələ rayonundan xoş təssüratlarla ayrılıb.

Keçidlər