Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ sakinlərinin tibbi müayinələri davam etdirilir.

19 fevral 2019 | 00:00

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.
Bu aksiya bir daha onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması  və sağlamlığının qorunması məsələləri dayanır.
Rayonda  tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Fevral ayının 11-dən 16-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 2057 vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 8 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 137  nəfər ambulator müalicəyə, 12 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Xəstəliyi daha ağır olan 7 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır. Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.

Keçidlər