Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Novruz” bayramı ərəfəsində Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.

12 mart 2019 | 02:00

Xalqımızın ən müqəddəs bayramlarından olan “Novruz” bayramı ərəfəsində Qəbələ şəhərində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları və bayram çərəzləri çıxarılmışdır.
Qəbələ rayonunun mərkəzi bazarının yaxınlığındakı ərazidə təşkil olunan yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur.
Burada rayon sakinlərinə 600 kq mal  əti, 400 kq  qoyun əti, 200 kq quş əti, 410 ağartı məhsulları, 1650 litr süd, 11,5 ton soğan və kartof, 6,5 ton meyvə, 300 kq bal, 1500 ədəd yumurta həmçinin müxtəlif çeşidlərdə şirniyyatlar təklif olunurdu.
“Novruz” bayramı ərəfəsində yarmarkadakı qiymətləri  bazar qiymətləri ilə müqayisə edən zaman burada qiymətlərin 20-25 faiz ucuzluq təşkil etdiyi nəzərdən qaçmırdı.
Rayon sakinləri “Novruz” bayramı ərəfəsində açılmış yarmarkada təklif olunan məhsulları həvəslə alır və bu işi təşkil edənlərə öz minnətdarlıqlarını bildirirdilər.

Keçidlər