Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi altında respublikanın qərb bölgəsinə səfər edən məktəblilər xoş təəssüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

27 mart 2019 | 06:00

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ məktəbliləri martın 25-də Tovuz, Ağstafa və Qazax rayonları ilə tanış olublar. İlk öncə şagirdlər Tovuz rayonu ilə tanışlığa Heydər Əliyev Parkından başlayıblar. Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzinə, “Dairəvi qala” və e.ə VI minilliyə aid Göytəpə abidəsinə baxış keçiriblər. Tovuz rayonu ilə tanışlıqdan sonra məktəblilər günün ikinci yarısı Ağstafa rayonuna səfər ediblər. Heydər Əliyev Mərkəzinin önündə qarşılanan şagirdlərə burada Ağstafa rayonu haqqında ətraflı məlumat verilib. Burada tur- aksiya iştirakçıları Heydər Əliyev parkı, Miniatur Azərbaycan parkı, Musiqi Mərkəzi, Xalça Fabriki, Peintbol atıçılıq mərkəzi, Saloğlu mebel fabriki, Ağstafa Aqroparkı, Karvan-L EKO və Səməd Vurğun parkı ilə yaxından tanış olublar. Günün ikinci yarısı aksiya iştirakçıları Qazax rayonuna gəliblər. Məktəbliləri Qazax rayon icra hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Daha sonra şagirdlər Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Göyəzən dağı, Damcılı Mağarası, Səməd Vurğun poeziya evi ilə tanış olublar. Bununla da məktəblilərin Tovuz , Ağstafa və Qazax rayonlarına səfərləri zəngin təəssüratlarla başa çatıb. Daha sonra axşam saatlarında məktəblilər arasında “Nə? Harada? Nə zaman?” başlıqlı intellektual oyun keçirilib. Məktəblilərin öz biliklərini nümayiş etdirmək imkanı qazandıqları oyun gərgin mübarizə şəraitində keçib. Yarışın yekun nəticələrinə əsasən, Qəbələ rayonunu təmsil edən “Qafqaz” komandası I yerə, Şamaxı rayonunu təmsil edən “Qafqaz-1” kamandası II yerə, Oğuz rayonunu təmsil edən “Oğuz-2” kamandası isə III yerə layiq görülmüşdür. Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunmuşdur. “Ölkəmizi tanıyaq” devizi altında respublikanın qərb bölgəsinə səfər edən məktəblilər 26 mart tarixdə xoş təəssüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

Foto qalereya

 

Keçidlər