Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkəmizin 10 milyonuncu sakininin dünyaya gəlməsi Qəbələdə böyük coşqu ilə qarşılanıb.

10 aprel 2019 | 02:00

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsini ilə əlaqədar rayonumuzda silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə aprelin 8-də keçirilib. Tədbirdə rayonun idarə, müəssisə, təşkilatların kollektivləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə qeyd edilib ki, son illərdə Azərbaycanın əhalisinin sayı sürətlə artır. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlu iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Diqqətə çatdırılıb ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, ölkəmizin dayanıqlı inkişafı təmin edilib, müsbət demoqrafik şərait bərqərar olub. Ədəbi-bədii kompozisiyada səsləndirilib ki, həyata göz açan hər körpə dünyaya ümid, sevinc və sevgi, torpağa basdırılan hər fidan isə təbiətə yeni təravət və gözəllik gətirir. Süd qoxulu körpələr dünyamızın, həyatımızın, ana torpağa basdırılan ağac tingləri isə təbiətin davamı və sabahıdır. Bayram tədbiri konsert proqramı və fləşmobla davam edib. Tədbir iştirakçıları rayonun incəsənət ustalarının və məktəblilərin ifasında şən mahnılar dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Keçidlər