Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

01 may 2019 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında 1 may 2019-cu il tarixində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin təbliğindən ibarət olub. Tədbirin açılışında Şimal-qərb Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Sadiq Bəkirli, Qəbələ rayon İcra hakimiyyətinin, Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin nümayəndələri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub. Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Şamaxı rayonu Elxan Rızayev adına Mədrəsə kənd tam orta məktəbi I yeri, Qax şəhəri 2 nömrəli tam orta məktəb-lisey II yeri, Oğuz şəhər 1 nömrəli tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə diplomlarla təltif olunub. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika mərhələsində iştirak etmək hüququ əldə edib.

Keçidlər