Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Aydınqışlaq kəndində səyyar görüş-qəbul keçirilib.

04 may 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sakinlərin problemlərini, təklif və istəklərini dinləmək üçün mayın 3-də rayonun Aydınqışlaq kəndində səyyar görüş-qəbul keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar, iqtisadi sahədə qazanılan uğurlar və görülən işlər barədə sakinlərə ətraflı məlumat verib.
RİH-nin başçısı bildirib ki, ölkədə gedən böyük quruculuq işlərinin fonunda Qəbələdə də çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektləri tikilərək istifadəyə verilib, yeni yollar salınıb, yaşayış məntəqələrinə qaz xətləri çəkilib. Qeyd olunub ki, həyata keçirilən yenidənqurma işləri rayonumuzun hərtərəfli inkişafı üçün möhkəm əsas yaradır.
RİH-nin başçısı bildirib ki, hər bir qəbələli qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalı, xüsusilə strateji əhəmiyyətə malik kənd təsərrüfatı sahələrinin, o cümlədən kənd sakinləri baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına diqqəti artırmalı, xüsusilə torpaqlardan təyinatı üzrə istifadə edilməsi məsələlərində diqqətli olmalıdırlar.
Daha sonra rayon icra hakimiyyətinin başçısı kəndin həlli vacib problemlərindən danışıb və onların həlli yolları barədə öz mülahizələrini sakinlərlə bölüşüb.
Sakinlərdən Aləddin İsgəndərov, Fikrət Valehov, Sənani Məmmədov, Təmraz Mehdiyev, Nüsrət Əhmədov və başqaları çıxış edərək əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və kənd adamlarına aqrar sahənin inkişafı ilə bağlı göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan razı qalan vətəndaşlar RİH başçısı ilə görüş zamanı Zarağan-Aydınqışlaq yolunun asfaltlaşdırılmasını, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini, elektrik xətlərinin təmir olunmasını, kəndin seldən mühafizəsini təmin etmək üçün beton bəndin inşasını, məktəbdə əlavə tədris korpusunun tikilməsini, sakinlərin istirahəti üçün park salınmasını xahiş ediblər.
Səbuhi Abdullayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisə rəhbərlərinə zəruri tapşırıqlarını verib.

Keçidlər