Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar taekvondo üzrə Qəbələ rayon birinciliyi keçirilmişdir.

09 may 2019 | 02:00

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar yeniyetmələr arasında taekvondo üzrə Qəbələ rayon birinciliyi keçirilmişdir. Yarış 08 may 2019-cu il tarixdə "Qafqaz Sport Otel"in idman zalında baş tutmuşdur. Yarışda 100-dək idmançı iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda gördüyü işləri, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, taekvondo idman növünü yeniyetmələr arasında təbliğ etməkdən ibarətdir. Birinciliyin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən danışmışdır. F.Soltanov öz çıxışında respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına uğurlar arzuladı. Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan idmançıların ixtiyarına verildi. Yarışda iki yaş qrupunda 10 çəki dərəcəsi üzrə (26-33-37-42-46-58-63-69-76+85 kq) 100-dən çox yeniyetmə güclərini sınamışlar. Yarışın keçirilməsi Azərbaycan Taekvondo Federasiyasının qaydaları əsasında rayon Gənclər və İdman idarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyətinə həvalə edilmişdir. Birinciliyin yekununda qaliblərinin mükafatlanma mərasimi baş tutmuşdur. Mükafatlanma mərasimində gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə qalib gəlmiş idmançılara (I, II, III yeri tutmuş) Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər