Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” “Sumqayıt” klubunu məğlub edərək Azərbaycan kubokunun qalibi olub.

19 may 2019 | 16:00

Futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib.Naxçıvan Muxtar Respublikası stadionunda reallaşan görüşdə “Qəbələ” klubu 1:0 hesabla qələbə qazanıb. İnqilab Məmmədovun idarə etdiyi görüşdə hesab dördüncü dəqiqəsində qəbələlilər tərəfindən açılıb. Stiven Monroz adını tabloya yazdırıb. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışan “Sumqayıt” klubu rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, birinci hissə “Qəbələ” klubunun minimal hesabla üstünlüyü ilə başa çatıb.Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə komandalar çalışsalar da hesab dəyişilməyib. Beləliklə, “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.

 

Keçidlər