Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olunub

01 iyun 2019 | 16:00

İyunun 1-də şəhərin Heydər Əliyev Parkı gül, çiçəklərlə, əlvan şarlarla bəzədilmişdi. Hər tərəf bayram libasına bürünmüşdü. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Rayon uşaq-gənclər inkişaf mərkəzi hər il olduğu kimi bu il də uşaqlar üçün1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə geniş bayram tədbiri hazırlamışdı. Rayon icra hakimiyyəti, təhsil şöbəsi nümayəndələrinin və şəhər sakinlərinin iştirak etdiyi tədbiri UGİM-in direktoru Rəfiqə Şirinova açmış, nitqində uşaq hüquqlarından, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir Sonra RİH-nin məsul işçisi Absalam Hüseynov uşaqları və tədbir iştirakçılarını 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etdiyini bildirilmişdir. Absalam Hüseynov çıxışında Azərbaycan dövlətinin də bu mühüm məsələyə qayğı ilə yanaşdığını, bu gün müstəqil ölkəmizdə uşaqların diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Tədbirdə UGİM-nin, Qəbələ İncəsənət Məktəbi şagirdlərinin və şəhər uşaq bağçaları kollektivlərinin bir-birindən maraqlı çıxışları alqışlarla qarşılanmışdır.

Keçidlər