Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib.

03 iyun 2019 | 16:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) dəstəyi ilə “Açıq qapı” günü keçirilib.Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, peşəyönümü işinin təbliği məqsədilə keçirilən “Açıq qapı” günündə Vəndam, Bum, Zarağan, Mirzəbəyli kənd tam orta məktəblərinin müəllimləri və buraxılış siniflərinin şagirdləri iştirak ediblər. Mərkəzin direktoru Azad Məmmədov iştirakçılara təhsil müəssisəsi haqqında ümumi məlumat verib. Tədris-istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov təqdimat edərək tələbə qəbulu qaydaları, ilk peşə ixtisaslarının təsnifatı, peşə təhsilinin bir səviyyəsindən digərinə keçid haqqında danışıb. İstehsalat təlim ustaları tədbir iştirakçılarını tədris olunan peşə istiqamətləri ilə tanış ediblər. GIZ-in nümayəndələri dual peşə təhsili ilə bağlı çıxış ediblər. Tədbirdə duala bənzər peşə təhsilinə və təliminə aid qısa videoçarx nümayiş olunub. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov turizm sahəsində kadr hazırlığından danışıb. Sonda ümumtəhsil məktəblərinin müəllim və şagirdləri mərkəzin maddi–texniki bazası ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

Keçidlər