Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirilib.

26 iyun 2019 | 16:00

Eldəniz Mehdiyev adına  rayonun Vəndam qəsəbə 1 saylı tam orta məktəbində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda Rayon təhsil şöbəsinin rəhbərliyi, şöbənin məsul işçiləri, Vəndam qəsəbə 1 və 2 saylı tam orta məktəbin direktorları, hərbi rəhbərləri, müəllim heyəti və şagirdlər iştirak ediblər. İlk öncə  tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Daha sonra söz qəsəbə 2 saylı tam orta məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik- leytenant, aprel döyüşlərinin iştirakçısı Zavir Zərbəliyevə verilib. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla iyun ayının 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Bildirilib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində ordumuzun böyük zəfəri Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisidir. Rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.  Vəndm qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mədinə Qasımova çıxış edərək bildirib ki,  Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir. Digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, işğal altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində azad olunacağına əminliklərini ifadə ediblər.
Sonda məktəblilər vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqramla çıxış ediblər.

Keçidlər