Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Məzun Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.

29 iyun 2019 | 04:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Məzun Günü" münasibəti ilə toplantı təşkil olunub. Toplantını mərkəzin direktoru Azad Məmmədov açaraq qonaqları, müəllim, məzun və tələbə heyətini salamladı.  Natiq son illər ərzində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Peşə Təhsilinə və Təliminə göstərdiyi qayğı, eyni zamanda peşə təhsilində qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Tədbirdə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Zamin Bədirxanov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmnova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin bölgə üzrə koordinatoru Yulia Bazhenova, Turizm Otelçilik üzrə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, rayon təhsil şöbəsi , məşğulluq mərkəzinin nümayənələri  və valideynlər çıxış edərək məzunlara öz ürək sözlərini bildirmişlər. Toplantıda 2018-2019-cu tədris ilində fərqlənmiş müəllim və məzunlara fəxri fərmanlar təqdim olunmuşdur. Sonda “Məzun günü” bədii hissə ilə davam etdirilmişdir.

Foto qalereya

Keçidlər