Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Dizaxlı kəndində səyyar görüş-qəbul keçirilib.

04 iyul 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Dizaxlı kəndində vətəndaşlarla görüşüb. Görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Görüşdə RİH-nin başçısı ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən layihələrin nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandığını, əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq zəruri addımların atıldığını bildirib.Görülən işlərin fonunda Qəbələdə də böyük uğurlar qazanıldığını qeyd edən RİH-nin başçısı rayonumuzda yeni məktəb binalarının tikildiyini, müasir tipli parkların salındığını, yolların asfaltlaşdırıldığını, qaz xətlərinin çəkildiyini, elektrik təsərrüfatında təmir işlərinin aparıldığını və digər abadlıq işlərinin görüldüyünu diqqətə çatdırıb. Natiq son illər Dizaxlı kəndində də xeyli işlər görüldüyünü - ərazini rayon mərkəzi ilə birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yollunun asfaltlaşdırıldığını, kənd məktəbi, icra nümayəndəliyi üçün yeni binaların tikilərək istifadəyə verildiyini və bütün bunların hamısının ürəkaçan olduğunu vurğulayıb. RİH-nin başçısı bütün bunların ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Görüş-qəbulda iştirak edən kənd sakinləri rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını ifadə etmiş, ölkə başçısının qəbələlilərə bəslədiyi münasibəti və diqqəti yüksək qiymətləndirmişlər. Çıxış edən kənd sakinlərindən Məzahir Məmmədov, Ərkinaz Umarova, Cümşüd Şirinov, Tahir Səlimov, Ağəli Süleymanov, Qəhrəman Qəribov və başqaları kənddə əlavə artezian quyusunun qazılmasını, işıq dirəklərinin dəyişdirilməsini, yeni transformatorun quraşdırılmasını, yaşayış məntəqəsinin mərkəzi yolunun asfaltlaşdırılmasını və inzibati ərazinin tərkibində olan Sarıhacılı kəndinə qaz xəttinin çəkilməsini xahiş etmişlər. Səbuhi Abdullayev kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Keçidlər