Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə yaş barama istehsalı 6,3 ton artıb.

11 iyul 2019 | 16:00

Qəbələ rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Kümçülər builki mövsümdə 15 ton 423 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 6,3 ton artıb. Cari mövsümdə barama yetişdirmək üçün 102 kümçü ilə müqavilə bağlanılıb, onlara 500 qutu, yəni 9,5 kiloqram ipəkqurdu paylanılıb. Ötən il isə rayonun kümçüləri 236 qutu ipəkqurdundan 9,1 ton yaş barama əldə etmişdilər.

Keçidlər