Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin Hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

13 iyul 2019 | 16:00

Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Regional Asan xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov, Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, “Qızıl Aypara” Cəmiyyətinin rəisi Sədaqət Bayramova, Qəbələ Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, Regional Asan xidmət mərkəzinin nümayəndələri və Qəbələ UADM-in işçi kollektivi iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ulu Öndərin həyat və yaradıcılığına həsr edilmiş video-çarx nümayiş etdirildi. Giriş sözü ilə UADM-in direktoru Günel Ağayeva çıxış etdi. Sonra söz RİH-nin nümayəndəsi Absalam Hüseynova verildi. O Ulu Öndərin həyat və yaradıcılığından geniş söhbət açdı. Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova Ümummilli liderin Azərbaycan Respublikasına göstərdiyi xidmətlərindən, təhsilə, gənclərə göstərdiyi diqqət və qayğılarını xüsusi vurğuladı. Qızıl Ayparanın sədri Bayramova Sədaqət Heydər Əliyevin hakimiyyəti dövrundə respublikamızın hər bölgəsində gedən iqtisadi-siyasi inkişafdan danışdı. Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova da Ulu Öndər haqqında ürək sözlərini söylədi. Tədbirdə UADM-in qeydiyyatında olan uşaqların hazırladıqları bədii kompozisiya və rəqslər nümayiş etdirildi.

Keçidlər