Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir.

17 iyul 2019 | 04:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üçün tələbə qəbulu elan edir. Ümumi orta təhsil bazasında təhsil alanlar təhsil müddəti 3 il olan geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, kənd təsərrüfatı məhsulları istehsalı üzrə fermer, tikiş avadanlıqlarının operatoru, tikişçi və təhsil müddəti 2 il olan bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi, üzümçülük və şərab ustası ixtisaslarına ərizə verə bilərlər. Tam orta təhsil bazasını bitirən məzunlar isə traktorçu–maşinist, xarrat, dülgər və parket ustası, telefon rabitəsi və radiolaşdırmanın xətt qurğularının elektromontyoru, xalçaçı, çilingər-santexnik ixtisaslarında dövlət hesabına, kompüter operatoru, əməliyyatçı–mühasib, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, mühafizəçi, kimyəvi-bakterioloji analiz laborantı, avtomobil üzrə elektrik, ağacdan bədii məmulatlar hazırlayan usta ixtisaslarında ödənişli əsaslarla təhsil ala bilərlər.

Keçidlər