Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pakistanın nümayəndə heyəti Qəbələ rayonunda səfərdə olub.

16 iyul 2019 | 04:00

İyunun 13-də Pakistanın Gilgit-Baltistan əyalətinin Baş naziri Hafiz-Ur-Rəhmanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə səfərdə olub. Rayonla tanışlıq məqsədi daşıyan səfərdə qonaqları “Qafqaz River-Side” Otelində rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov qarşılayıb. Görüş zamanı nümayəndə heyətinə rayonun tarixi, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumat verən Abil Ağasəfov bildirib ki, Qəbələdə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının inkişafı istiqamətində son illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində müsbət nəticələr əldə olunub. Regionun ecazkar gözəlliyi və qonaqpərvərliyi haqqında söhbət açan RİH başçısının birinci müavini diqqətə çatdırıb ki, bu gün Qəbələ rayonunda turizm infrastrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Burada yaradılan gözəl şəraitin nəticəsidir ki, bölgəyə gələn turistlərin sayı ildən-ilə nəzərə çarpacaq dərəcədə artır. Qəbələyə ilk səfəri olduğunu qeyd edən Pakistan İslam Respublikasının rəsmisi rayonumuzun onda yüksək təəssürat yaratdığını vurğulayıb. Həmçinin qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi, mədəni həyatı və turizm potensialı haqqında geniş məlumat verib. Hafiz-Ur- Rəhman Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. Görüşdə ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Hafiz-Ur-Rəhmanın rəhbərlik etdiyi nümayəndə heyəti rayonun turizm infrastrukturu, tarixi yerləri, idman-sağlamlıq kompleksləri və sənaye müəssisələri ilə yaxındn tanış olub.

Keçidlər