Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Şamlı kəndində səyyar görüş-qəbul keçirilib.

01 avqust 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Şamlı kəndində səyyar görüş-qəbulu keçirilib. RİH başçısı aparatı əməkdaşlarının, hüquq-mühafizə orqanlarının və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Qəbələnin sosial-iqtisadi inkişafı istiqamətində icra edilən layihələrdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıb. RİH başçısı çıxışında ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə əhalinin qayğı və problemlərinin öyrənilməsi və operativ həll edilməsi məqsədi ilə keçirilən bu cür səyyar görüşlərin çox önəmli olduğunu tədbir iştirakçılarına bildirib. Sonra kənd sakinləri dinlənilib. Onlar Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə və rayonda aparılan quruculuq işləri ilə bağlı ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlərdən Akif Mirzəcanov, Abid Balağayev, Mətləb Süleymanov və başqaları rayonumuzda aparılan abadlıq işlərindən Şamlı kəndinin də kənarda qalmadığını və əhalinin əsas məşğuliyyəti hesab olunan aqrar sahənin inkişaf etdirilməsi üçün sakinlərə dövlət tərəfindən hər cür dəstək göstərildiyini bildiriblər. Sakinlər çıxışlarında görülən işlərlə yanaşı yaşayış məntəqəsində elektrik xətlərinin dəyişdirilməsinə, yeni yaşayış massivinə su və qaz xətlərinin çəkilməsinə, Hacıalılı-Şamlı yolunun genişləndirilməsinə və asfaltlaşdırılmasına ehtiyac olduğunu diqqətə çatdırıblar. Rayon icra hakimiyyətinin başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilatlara müraciət olunacağını bildirib. Yerli təşkilatlardan asılı olan məsələlərin icrası istiqamətində isə yerindəcə tapşırıqlar verib.

Keçidlər