Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ: kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

02 avqust 2019 | 02:00

Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü tamaşaçılara kamera konserti “Cello Extravaganza” təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
Heydər Əliyev Konqres Mərkəzinin zalında keçirilən kamera konsertində festivalın bədii rəhbərlərindən biri, dünya şöhrətli musiqiçi Dmitri Yablonski (violonçel, İsrail-ABŞ), həmçinin Rusiyadan gəlmiş violonçel ifaçıları Boris Andirianov, Anna Koşkina və Janna Miniotas maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə J.Offenbaxın, İ.S.Baxın, C.Sollimanın, A.Minskinin, G.Qusevin, Q.Millerin, G.Qladkov-B.Andrianovun və E.Fransininin əsərləri səsləndirilib.
Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Keçidlər