Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kiçik Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.

18 sentyabr 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin əhali ilə növbəti görüş-qəbulu Kiçik Pirəli kəndində olmuşdur. Kiçik Pirəli kəndinin əhalisi əsasən meyvəçilik, heyvandarlıq və əkinçiliklə məşğuldur. Ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi diqqət və qayğı kənddə bu sahəyə marağı artırmışdır. Son illər kənddə ixracyönümlü məhsul olan fındıq bağlarının ərazisi xeyli genişlənmiş, əlavə fındıq bağları salınmışdır. Kənd başdan-başa qazlaşdırılmışdır, fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Kənddə yeni müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Görülmüş işlər əhalinin rifah halının yüksəlməsinə, yaşayış tərzinin rahatlığına imkan yaratmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin Kiçik Pirəli kəndində keçirdiyi növbəti görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin sektor müdiri Rüfət Əliyev, rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. RİH başçısı Səbuhi Abdullayev Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə görüş iştirakçılarına məlumat vermiş, səyyar-görüş qəbulların yerlərdəki problemləri öyrənmək və həll etmək üçün səmərəli vasitə olduğunu bildirmişdir. Sonra kənd sakinləri dinlənilmişdir. Kənd sakinlərindən Cahangir Əzəmmədov, Çingiz Tapdıqov, İnqilab Məmmədov və başqaları çıxış etmiş, ölkədə, rayonda və kəndlərində hayata keçirlən abadlıq-quruculuq işlərinə, əhalinin rifahının daha da yaxşılaşdırılması üçün icra olunan nəhəng sosial proqramlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar eyni zamanda əvvəlki görüş-qəbullarda qaldırdıqları məsələlərin həllinə görə razılıqlarını ifadə etmişlər. Çıxış edənlər kənddəki işıq xətlərinin yenilənməsinə, kənd yolunun asfatlaşmasına, içməli su üçün yeni artezian quyusuna ehtiyyac olduğunu bildirmişlər. Görüş-qəbulda qaldırılan məsələlərin həlli üçün tədbirlər müəyyənləşdirilmişdir.  Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin sektor müdiri Rüfət Əliyev çıxış etmiş, qaldırılan Respublika səviyyəli məsələlərin həlli istiqamətində nəzərdə tutulmuş layihələr barədə məlumat vermişdir.

Keçidlər