Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir.

19 oktyabr 2019 | 04:00

Qəbələ Müalicə Diaqnostika Mərkəzində “18 oktyabr Dövlət Müstəqilliyi  Günü”nə həsr olunmuş  toplantı keçirilib. Tədbirdə çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov qeyd etmişdir ki, xalqımız əsrlər boyu müstəqillik qazanmaq, azad və suveren dövlətdə yaşamaq arzusunda olub. Lakin zəngin sərvətlərə malik olan, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı imperiya qüvvələri daim öz təsiri altında saxlayıb, onun müstəqil dövlət kimi fəaliyyətinə yol verməyiblər. Xalqımız öz azadlıq və müstəqillik arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dövrü – müstəqil inkişaf dövrü başlanıb. Bildirilib ki, Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini getdikcə daha da möhkəmləndirir.  Toplantıda çıxış edən mərkəzin həkimləri müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınmasını diqqətə çatdıraraq, bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə  hazır olduğunu  qeyd etmişlər.

Keçidlər