Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 19,6 min hektarda payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

24 oktyabr 2019 | 16:00

Qəbələ rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 1550 hektarı arpa, 2400 hektarı buğda olmaqla 3950 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 19 min 600 hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Rayonda  payızlıq dənlilərin əkiləcəyi ərazilərdə şum artıq başa çatdırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Hazırda əkin sahələrində 34 ədəd şum traktoru, 12 taxılsəpən aqreqat və digər texnikalar işləyir. Rayon fermerləri builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 66 min 824 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülüb.

Keçidlər