Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimində “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı çıxış edəcəkdir.

01 noyabr 2019 | 06:00

Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilib. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş kollektivlər Bakı şəhərində təşkil ediləcək bağlanış mərasiminə dəvət edilib. noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Festivalın bağlanış mərasimi keçiriləcək. Tədbirdən öncə, saat 10:00-11:00-da kollektivlərin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi (parad) olacaq. Bağlanış mərasimində respublikada fəaliyyət göstərən bir çox folklor kollektivləri ilə yanaşı Qəbələ rayonunu təmsil edən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı da çıxış edəcəkdir.

Keçidlər