Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.

02 noyabr 2019 | 02:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Hər il olduğu kimi bu ildə rayonumuzun kənd təsərrüfatı işçiləri peşə bayramlarını təsərrüfat ilində əldə olunmuş uğurlar fonunda təntənə ilə qeyd ediblər. Noyabrın 1-də rayon icra hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, rayon dövlət aqrar inkişaf mərkəzinin kollektivi, fermerlərin, digər kənd təsərrüfatı subyektlərinin nümayəndələri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gəlmiş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər. Aqrar inkişaf mərkəzində davam edən tədbirdə idarənin rəisi Rahib Əhmədov iştirakçıları peşə bayramları münasibətilə təbrik etmiş, son illər Qəbələ rayonunda kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətərdən danışmışdır. Qeyd etmişdir ki, bu ilin 9 ayında kənd təsərrüfatı işçiləri sahələrdən 65 min tondan çox taxıl, 4692,8 ton kartof 3838 ton tərəvəz, 29 ton bostan bitkiləri əldə etmişlər. Bu rəqəmlər əvvəlki ildəkindən xeyli çoxdur. Rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev tədbir iştirakçılarını peşə bayramları münasibətilə təbrik etmiş, ölkə Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektoru sahəsinə, o cümlədən kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan danışmışdır.

Keçidlər