Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib.

18 noyabr 2019 | 16:00

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın bu ilin payızında reallaşan ikinci mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 9 rayonun məktəblilərindən ibarət qruplar noyabrın 18-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəbliləri “Karvansaray” otelinin qarşısında rayon rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar. Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova məktəblilərə qədim Qəbələnin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. “Karvansaray” və “Qafqaz Sport” otellərində yerləşən məktəblilər nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb. Məktəblilərə burada saxlanılan heyvanlar barədə məlumat verilib. Sonra məktəblilər rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Doqquz rayonun məktəbliləri ekskursiyanın növbəti günlərində Şəki və Zaqatala rayonlarının, həmçinin Qəbələnin tarixi məkanları ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.

Keçidlər