Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

9 rayondan olan 360 məktəbli Qəbələ rayonundan zəngin təəssüratlarla ayrılıb.

22 noyabr 2019 | 02:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə artıq altıncı ildir ki, keçirilən bu tur-aksiyalar Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Layihə çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfərə çıxan 9 rayonun – Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 21-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, konserv zavoduna, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, qoruğun ərazisində yerləşən muzeylər və sənətkarlıq emalatxanaları ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, fındıq emalı zavodunda istehsal prosesinə baxıb, şəhərin görməli yerlərini gəziblər.
Noyabrın 20-də axşam tur-aksiya iştirakçıları “Nə? Harada? Nə vaxt?” intellektual oyununda bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekun nəticələrinə əsasən, Hacıqabul məktəbliləri intellektual oyunun qalibi adını qazanıblar. Neftçala və Salyan rayonlarının təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıblar.
Doqquz rayonun məktəbliləri Qəbələ raynundan zəngin təəssüratlarla ayrılıblar.

Foto qalereya

Keçidlər