Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

ABŞ-ın “Buyeponqo” musiqi qrupu Qəbələdə

26 noyabr 2019 | 16:00

Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyeponqo” musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində sonuncu konsertini Qəbələ şəhərində verib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam çıxış edərək, musiqi qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq proqramlar həyata keçirir. Diqqətə çatdırılıb ki, “Buyeponqo” musiqi qrupu Azərbaycana ilk dəfədir səfər edir. Afro-Latın sintez musiqi qrupunun ölkəmizə səfəri ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramı çərçivəsində reallaşıb. “Buyeponqo” qrupunun təqdim etdiyi Latın Amerikasına xas hip-hop, pank, fank və caz musiqilərindən ibarət nömrələr tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Keçidlər