Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da böyük rəğbətlə qarşılanıb. Bu təşəbbüs eyni zamanda klassik Azərbaycan poeziyasının görkəmli simalarından biri, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dahi şairin xatirəsinə yüksək ehtiram kimi dəyərləndirilmişdir. Oktyabr ayından başlayaraq genişmiqyaslı ağacəkmə kompaniyasına ciddi hazırlıq işləri görülüb. Ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Həmin ərazilər hamarlanıb qaydaya salınıb, çalalar qazılıb su xətləri çəkilib. Dekabr ayının 6-da yüzlərlə Qəbələ sakini ağac əkini üçün nəzərdə tutulmuş əraziyə toplaşıb. Qısa müddətdə təyin olunmuş ərazilərə 6500 ədəd, rayonun iqliminə uyğun ağac tipləri basdırılıb, əkilmiş ağaclara lazımı qulluq göstərilib. Ağacəkmə aksiyasında Azərbaycan Resublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat şöbəsinin sektor müdiri Rüfət Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon hüquq-mühafizə orqanlarının, digər idarə və müəssisələrin rəhbərləri iştirak etmiş, ağac əkmişlər. Qeyd edək ki, Qəbələ sakinləri ağacəkmə kompaniyasına çox böyük həvəslə qoşulublar. Gələcək nəsillər üçün yaşıllıqların qorunması və artırılması çox vacibdir. Digər tərəfdən turizm diyarı kimi gündən-günə məşhurlaşan Qəbələnin əsas gözəlliyi və cəlbediciliyi, yaşıllıqlarla, meşələrlə və bağlarla bağlıdır. Bu gözəlliyin daha da artırılması prosesində iştirak etmək hər bir Qəbələ sakininin ürəyincədir.

Keçidlər