Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

10 dekabr 2019 | 02:00

Qəbələ rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Qəbələ rayon məktəbliləri  və mərkəzin əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edilib. Bildirib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərib. Ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi və daha da zənginləşdirildiyi diqqətə çatdırılıb.

Keçidlər