Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilmişdir.

11 dekabr 2019 | 09:00

Qəbələ rayon Gənclər və İdman İdarəsi “Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş silsilə tədbirlər planına əsasən 10 dekabr 2019-cu il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində futzal üzrə məktəblər arasında xatirə turniri keçirmişdir. Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində də apardığı islahatları ictimaiyyətə çatdırmaq,  həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Turnir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Qəbələ Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov, Qəbələ rayon Təhsil şöbəsinin metodisti İbrahim Faxulov çıxış edərək dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, idman sahəsində görülmüş işlər və ölkəmizin qazandığı nailiyyətlərdən danışmışlar. Natiqlər çıxışlarında respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq yarış iştirakçılarına uğurlar arzulamışlar. Xatirə turnirində 8 komanda gərgin oyun nümayiş etdirmişlər. Turnirin yekun nəticəsinə əsasən Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası I yeri və Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası II yeri  tutmuşlar. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər