Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə intensiv tipli yeni tut bağı salınır.

24 dekabr 2019 | 16:00

İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə dekabrın əvvəlində Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 10 mini bölgü əsasında Qəbələ rayonuna göndərilib. Tinglər əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Qəbələ Dayaq Məntəqəsinin ərazisində əkilir. İndiyədək  on min tingin əkini təmin olunub. Ümumiyyətlə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son 3 ildə Qəbələ rayonunda 110 min ədəd Çindən gətirilən calaq olunmuş tut tingləri əkilib.

 

Keçidlər