Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ gəncləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

01 fevral 2020 | 02:00

Qəbələ rayon Gənclər və İdman idarəsi “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə 31 yanvar 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir Mərkəzinin ekspozisiya zalında davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir. Tədbirin proqramına əsasən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov giriş sözü ilə tədbiri açaraq bildirdi ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclər böyük çəkiyə malikdir, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclər yetişməkdədir. Natiq onu da bildirdi ki, düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. Sonra Gənclər və İdman idarəsinin rəis müavini Müşviq Abbasov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələlər barədə məruzə edərək bayram münasibətilə gəncləri təbrik etdi. Tədbirdə Yap Qəbələ rayon Təşkilatı Gənclər Birliyinin sədri Anar Şirinov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Məmmədova, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Ruslan İsmayılov çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərmiş olduğu diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və çalışdıqları sahədə görülən işlərdən danışmışlar. Ənənəvi hal olaraq tədbirin sonunda 2019-cu ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gənc fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlanmışdır.

Keçidlər