Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə bilik yarışının qalibləri mükafatlandırılıblar.

14 fevral 2020 | 16:00

Fevralın 13-də Qəbələ Mədəniyyət Mərkəzində rayon Təhsil şöbəsi və “Exspress” Təhsil Mərkəzinin “Təhsil millətin gələcəyidir” devizi altında təşkil etdikləri bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi olub. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Exspress” Təhsil Mərkəzinin direktoru Bünyad Şahvələd çıxış edərək, 14 ildir fəaliyyət göstərən Mərkəzin ötən müddət ərzində rayonda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirilib ki, mərkəzin yetirmələri ali təhsil ocaqlarına qəbul prosesində hər il yüksək nəticə göstərirlər. Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova “Exspress” Təhsil Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, bilik yarışında birinci yeri tutmuş şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Natiq Məmmədova Təhsil Mərkəzinin sertifikatını və hədiyyəsini təqdim edib. Siniflər üzrə bilik yarışında ilk üç yeri tutan şagirdlər sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Diqqətə çatdırılıb ki, qaliblər, həmçinin “Exspress” Təhsil Mərkəzində təhsil haqqından 20-50 faiz arasında endirimlər də qazanıblar. Bilik yarışında fəal iştirak edərək 4-10-cu yerləri tutan şagirdlərə də sertifikat və hədiyyələr verilib.

Keçidlər