Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı faciəsinin 28-ci ildönümü”nə həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilib.

27 fevral 2020 | 06:00

Gənclər və İdman idarəsinin təşkilatçılığı, Qəbələ Qızıl Aypara Cəmiyyəti, Qəbələ Dövlət Rəsm Qalareyası və Qəbələ İncəsənət Məktəbinin iştirakı ilə 26 fevral 2020-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun 40-dək yeniyetmə-gənc rəssamı 70-dək rəsm əsəri ilə qatılmışdır. Tədbirdə rayonun müxtəlif  idarə və müəssisələrində çalışan fəal gənclər, məktəblilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müsabiqəni giriş sözü ilə Qəbələ Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev açaraq iştirakçıları salamlamış, tədbirin məqsəd və vəzifələri barədə danışaraq Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, bu qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirmişdir. Daha sonra rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov və Qəbələ Qızıl Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu, beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyevin tərəfindən gəldiyini bildirmişlər. Natiqlər müsabiqəyə təqdim olunmuş əsərlər haqqında məlumat verərək belə rəsm sərgilərinin keçirilməsinin mühüm cəhətinin bu əsərlərin uzun illər qalaraq, tariximizi yaşadacağını və müsabiqə iştirakçıları içərisindən gələcəyin böyük rəssamları çıxaraq bu günü mütləq xatırlayacaqları deyildi. Rəsm sərgisinə baxış keçirildikdən sonra  qaliblərin mükafatlanma mərasimi olmuşdur. Gənc rəssamlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulanmış və müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüş və qalan iştirakçılar fəal iştirakına görə təltif edilmişdir. Rəsm müsabiqəsinin yekunlarına əsasən Səbinə Faxlulova I yerə, Zərifə Rəcəbova və Nazənin Xəlilli  II yerə,  Məleykə Məhiyəddinova, Nərmin Səmədova və Gülbarə Məmmədova III yerə layiq görülmüşlər.  Qaliblər xatirə hədiyyələri və fəxri-fərmanlar ilə mükafatlandırılmışlar.

Keçidlər