Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətəndaşların sağlamlığının qorunması üçün dezinfeksiya tədbirləri davam etdirilir.

27 aprel 2020 | 16:00

Qəbələ rayonunda dezinfeksiya işləri müntəzəm olaraq davam etdirilir. Aprelin 27-də şəhərdəki H.Aslanov küçəsində, Bum qəsəbəsində, 1 müəssisədə və 2 gündəlik tələbat malları mağazasında və həmin ticarət obyektlərinin ətrafında sanitar-dezinfeksiya işləri aparılmışdır.
Rayonda sakinlər xüsusi karantin rejiminə tabe olaraq evdən çıxmırlar. Yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər rayon icra hakimiyyətinin təşkil etdiyi xüsusi mobil qruplar tərəfindən evlərində ziyarət olunur, onlara ərzaq və dərman yardımı göstərilir.
Rayon ərazisində epidemioloji durum rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılırr və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.

Keçidlər