Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Aztəminatlı ailələrin üzvləri minnətdarlıqlarını ifadə ediblər.

29 aprel 2020 | 02:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin başladığı sosial aksiya davam edir.
“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri, onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti təmənnasız dəstək verir.
Aksiya çərçivəsində rayonumuzda qeyd edilən kateqoriyadan olan ailələrə rayon icra hakimiyyətinin əlaqələndirici şəxsinin iştirakı ilə aprelin  28-də ərzaq məhsullarından ibarət 650 ədəd sovqat bağlaması paylanılıb.
Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər