Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətəndaşların nəzərinə !

11 may 2020 | 16:00

Hörmətli rayon sakinləri!

Respublikada koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rayon icra hakimiyyətində qəbulunun həyata kecirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Hər bir vətəndaş bilməlidir ki, infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər hər bir sakinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Vətəndaşların müraciətləri üçün Qəbələ Rayon İcra Hakimiyyətində fasiləsiz fəaliyyət göstərən telefon nömrələri ayrılmış, elektron poçt ünvanı yradılmışdır. Odur ki, müraciətlərinizi mail@qebele-ih.gov.az elektron ünvanına göndərə və ya 024-205-01-02, 024-205-19-67, 024-205-19-60, 024-205-19-61, 024-205-19-54 telefon nömrələri vasitəsi ilə edə bilərsiniz. Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimi dövründə  sakinlərin göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə onlara bir daha təşəkkür edir və hər bir kəsi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

Qəbələ Rayon İcra Hakimiyyəti

Keçidlər