Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vəndam sakinləri qəsəbədə yol infrastrukturunun yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

29 may 2020 | 16:00

Bu gün ölkədə insanların rifahı naminə Azərbaycan Prezidenti tərəfindən aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr sırasında yol infrastrukturunun inkişafı prioritet sahə hesab olunur. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar bunun əyani sübutudur. Bölgələrdə həyata keçirilən tikinti-quruculuq və turizm infrastrukturunun inkişafı sahəsində görülən işlərin fonunda Qəbələ rayonunda da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, son illər rayonumuzda xeyli müasir yollar salınmış, mövcud yollar yenidən qurulmuş, yeni körpülər inşa olunmuş və bu sahədə görülən işlər sistemli şəkildə, ardıcıl olaraq uğurla davam etdirilir. Rayonda görülən işlərin davamı kimi bu günlərdə səfalı təbiətə və zəngin maddi-tarixi irsə malik Vəndam qəsəbəsindəki "Yeddigözəl" şəlaləsinə də yeni asfalt yol çəkilmişdir. Qeyd edək ki, rayonumuza gələn qonaqların və yerli sakinlərin daim üz tutduqları cəlbedici turizm məkanı olan "Yeddigözəl" şəlaləsinə ilin bütün fəsillərində gediş-gəliş çox çətin idi. Yerli sakinlər və turistlər yay aylarında tozdan, payız-qış aylarında isə palçıqdan əziyyət çəkirdilər. Vəndamlıların gözlədikləri yol problemi artıq həllini tapmış, qəsəbədə yüksək keyfiyyətli asfalt yol istifadəyə verilmişdir. Görülən işlər Vəndam sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Onlar qəsəbədə yol infrastrukturunun yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər