Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qərb demokratiyasının fəlsəfəsi: “Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan”.

20 iyun 2020 | 08:00

Azərbaycan hər zaman beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib. Bunun da əsas məqsədi ölkəmizin sürətli inkişafının qarşısını almaq və dünyada nüfuzunun artmasına imkan verməməkdir. Anti-Azərbaycan mövqeyi tutan və ölkəmizə qarşı qərəzli siyasət yürüdən beynəlxalq təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi fəallığı ilə seçilir. AŞPA-nın Azərbaycanla bağlı qərəzli mövqeyi əsasən 2 məsələdə özünü biruzə verir. Birincisi, ölkəmizdə demokratiyaya, insan hüquqlarına, söz və mətbuat azadlığına, korrupsiyaya qarşı mübarizəyə və şəffaflığın təmin olunmasına olan münasibət, ikinci məsələ isə Dağlıq Qarabağ münaqişəsidir.
Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.
Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.
Bütün bunlara, AŞPA-nın hansı mövqedə olmasına baxmayaraq Azərbaycan və Ermənistan tərəzinin bir gözünə qoyula bilməz. Çünki Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğalçı, Azərbaycan dünyada əməkdaşlığa, sülhə, təhlükəsizliyə töhfə verən, Ermənistan isə iqtisadiyyatı çökmüş vəziyyətdə olan ölkədir. İkili standartlara riayət edən qərb dövlətləri bütün bunları nəzərə almalıdır. Əks təqdirdə bu dövlətlər onsuz da itirilməkdə olan hörmətlərini tamamilə itirəcəklər.
Azərbaycana qarşı mövcud olan ikili standartlara, qərb ölkələrinin bizə olan münasibətlərinə baxmayaraq dövlətimiz istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan sürətlə inkişaf etməkdə davam edir. Ölkə başçısı cənab İlham Əliyevin əzmkarlığı və mübarizliyi sayəsində Azərbaycan gündən-günə inkişaf edir və qələbələrimizin sayı artır. Çünki Azərbaycan xalqı öz liderinin yanındadır.

Keçidlər