Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonu ərazisində koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir.

21 iyun 2020 | 07:00

İyunun 20-də koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Qəbələ şəhərinin Heydər Əliyev prospektində, 4 çoxmənzilli yaşayış binalarında və həyətlərində, 5 gündəlik tələbat malları mağazasında və kənarlarında, 2 digər təyinatlı iaşə obyektində sanitar-dezinfeksiya işləri aparılmış və hazırda işlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının və tapşırıqlarının icrasının təmin edilməsi, rayonda sanitar gigiyenik vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı görülən işlər müntəzəm xarakter daşıyır. Həmçinin yaradılmış mobil qruplar tərəfindən polis şöbəsinin əməkdaşları ilə birgə vətəndaşlar arasında ictimai yerlərdə sosial məsafəni gözləmək, tibbi maskalardan istifadənin vacibliyi barədə marifləndirici söhbətlər aparılır.

 

Keçidlər