Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda reydlər davam etdirilir.

15 sentyabr 2020 | 16:00

15 avqust 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar rayonun ictimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışdır. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 33 ticarət obyektinə və 57 digər obyektə baxış keçirilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq karantin qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər