Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

25 sentyabr 2020 | 10:00

24 sentyabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət, ictimai-iaşə obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparılaraq Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirilib. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.  Gün ərzində ümumilikdə 39 ticarət obyektinə və 48 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 3 nəfər ticarət, 1 nəfər isə ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər