Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti.

28 sentyabr 2020 | 13:00

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan göstərişinə uyğun olaraq qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamışdır.  Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir.  27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Azərbaycan məsuliyyətli ölkədir, Milli ordumuz mülki əhalinin atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. 27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan Erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradırlar. Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir.   Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər. Təxribatlar Yerevanın rəsmi siyasətidir. Ermənistanın tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasətin davamıdır. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıblar. Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır.

Keçidlər