Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mobil qruplar tərəfindən reydlər davam etdirilir.

29 sentyabr 2020 | 02:00

28 sentyabr 2020-ci il tarixində  rayonda fəaliyyət göstərən mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 38 ticarət obyektinə və 51 digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Reydlər və maarifləndirmə tədbirləri mobil qruplar tərəfindən ardıcıl olaraq davam etdiriləcək.

Keçidlər