Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pandemiya ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

13 noyabr 2020 | 16:00

13 noyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilib. Gün ərzində ümumilikdə 69 ticarət və 78 digər obyektə baxış keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə  3 nəfər rayon sakini, 3 nəfər ticarət obyektinin və 1 nəfər avtotəmir məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.

Keçidlər